Logo

"Vətən müharibəsi qazilərinin universitetlərə qəbulu üçün güzəştlər olunsun" - TƏKLİF

06.03.2024 11:07 337 baxış
IMG

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

"Tehsil.biz"in məlumatına görə, o, komitənin bugünkü iclasında bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdi:

“Təhsil haqqında” qanunda yer alan bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

B.Əliyev deyib ki, “Ali təhsil haqqında” qanun layihəsi müzakirə edilərkən qazilər üçün hazırlıq qruplarında müəyyən kvotaların nəzərdə tutulması qaldırılmışdı: "Çünki həmin şəxslər hazırlıq qruplarına qəbul olunduqdan sonra sonda imtahandan keçdikdə I kurs üzrə müvafiq ixtisaslara qəbul olunurlar. Bu o demək deyil ki, onlar imtahansız universitetə qəbul ediləcək? Xeyr. Sadəcə birillik hazırlıq müddətindəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlansınlar, gələcək I və II kurslarda həmin fənlərlə bağlı müəyyən kreditləri qazana bilsinlər. Bu məsələni Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.

Xəbər lenti