"Cari ildə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək".
Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır.
“Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə bu il tərbiyəçi müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq".