"Ümumilikdə 1 milyon 600 min şagird rus bölməsində təhsil alır".
Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, rus bölməsində müəllim çatışmazlığı müşahidə olunur:
“Bu bölmədə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən insanların sayı azdır. Lakin vətəndaşlarımızın hər zaman ana dilində tədris almaq hüququ var”