Logo

Şagirdlərin dərsə davamiyyətinə görə sinif rəhbərlərinə XƏBƏRDARLIQ

06.03.2024 12:55 509 baxış
IMG

"Yuxarı siniflərdə dərsə davamiyyətin azalması müşahidə olunur".

Tehsil.biz xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.

O bildirib ki, xüsusilə bu hal ikinci yarımildən müşahidə olunur:

“Bakı şəhəri, Abşeron və Gəncədə 50-ə yaxın məktəbdə davamiyyətlə bağlı monitorinq aparılıb və sinif rəhbərlərinə xəbərdarlıq edilib. Bu monitorinqlər davam edəcək və nəticələr var. Problemin aradan qaldırılması təkcə monitorinqlərdə görülmür. Tam orta təhsil standartlarında, ali təhsilə qəbul standarlarında dəyişikliklərin edilməsi bu məsələyə təsir edə bilər”.

Xəbər lenti