Logo

“Refleksiv müəllim” seminarı təşkil olunub

06.03.2024 17:45 430 baxış
IMG

Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən “Refleksiv müəllim” seminarı təşkil olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, 242 nömrəli tam orta məktəbdə keçirilən seminar ibtidai siniflərdə riyaziyyat fənnini tədris edən müəllimləri əhatə edib. Seminarda məktəbin ibtidai sinif müəllimi Günay Sədiyeva 4-cü sinif “Riyaziyyat” dərsliyində olan “Bucaq. Bucağın ölçüsü” mövzusunda icmal təqdim edib.

Seminar zamanı tədqiqat sualının tərtibi, dərsdə istifadə olunan iş üsulları və formaları, tapşırıqların təlimin məqsədinə uyğunluğu, fənlərarası inteqrasiya, qiymətləndirmə meyarları, refleksiya məsələləri ətrafında müzakirələr aparılıb.

Daha sonra ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.

Qeyd edək ki, “Refleksiv müəllim” layihəsi üzrə seminarlar Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən mütəmadi olaraq təşkil edilir.

Xəbər lenti