Logo

BSU-da Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransa hazırlıq məsələləri müzakirə edilib

07.03.2024 09:58 207 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransın təşkilat komitəsinin növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"​​​​​​ə universitetdən bildirilib.

İclasda çıxış edən BSU-nun rektoru Anar Nağıyev hər il Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş beynəlxalq elmi konfransın keçirildiyini və bu ənənənin qorunub saxlanılmasının vacibliyinə toxunub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdıran rektor konfransın bölmələrindən birinin ənənəvi bölmə kontekstindən kənara çıxmamaq şərtilə müvafiq mövzuya uyğunlaşdırılacağını vurğulayıb.

İclasda konfransın bölmələrinin müəyyənləşdirilməsi, regional bölməsinin təşkili məsələləri müzakirə edilib. Xarici ölkələrin nümayəndələrinin konfransın plenar iclasında iştirakı ilə bağlı təkliflər dinlənilib.

Daha sonra yerli və xarici təşkilatların konfransa dəvət edilməsi ilə bağlı müzakirə aparılıb.

Xəbər lenti