Logo

İnformasiya Texnologiyaları İnstitutunun jurnalı DOAJ elmi bazasına daxil edilib

07.03.2024 11:34 251 baxış
IMG

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Society” elmi-praktik jurnalı DOAJ (Directory of Open Access Journals) elmi bazasına daxil edilib. Jurnalın baş redaktoru professor Məsumə Məmmədova, məsul redaktoru isə institutun baş elmi işçisi dosent Şəfəqət Mahmudovadır.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, DOAJ Açıq Giriş üçün İnfrastruktur Xidmətləri (Infrastructure Services for Open Access, IS4OA) tərəfindən idarə olunan müstəqil, qeyri-kommersiya təşkilatıdır. Bu elmi bazanın məqsədi elmi və akademik jurnallara açıq girişi asanlaşdırmaq, onların təsir dairəsini genişləndirmək və təşviq etməkdir.

DOAJ elmi bazası “Scopus”, “Web of Science”, EBSCO kimi nüfuzlu elmi bazalarla, həmçinin “Creative Commons” qlobal şəbəkəsi, “Crossref”, “Cope”, “Cottage Labs LLP”, “DOAB”, “ISSN”, “Library Publishing Coalition” kimi bir çox elmi qurumlarla tərəfdaşlıq edir.

Qeyd edək ki, 2010-cu ildən dövri nəşr olunan “Problems of Information Society” jurnalında informasiya cəmiyyətinin aktual elmi-texniki problemləri haqqında məqalələr dərc edilir.

Xəbər lenti