Logo

Elm və təhsil nazirinin Abşerondakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

07.03.2024 12:14 233 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin 15 mart tarixində Abşeron rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, qəbul martın 14-də keçiriləcək. 

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Xəbər lenti