Əqli Mülkiyyət Agentliyi tərəfindən 2023-cü ildə 35-dən çox qanunvericilik aktı layihəsinə rəy və təkliflər verilib.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlərin davamı olaraq hesabat ilində Agentlikdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Patent haqqında” və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri hazırlanıb. Rəy və təkliflərin bildirilməsi üçün sənəd layihələri hazırda əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər tərəfindən öyrənilir.