Logo

Bakıda 152 məktəbli olimpiadanın final turuna vəsiqə qazanıb

07.03.2024 15:21 357 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 152 şagirdi respublika fənn olimpiadalarının final turunda iştirak etmək hüququ qazanıb.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, 16 nəfər Azərbaycan dili və ədəbiyyat, 15 nəfər biologiya, 20 nəfər coğrafiya, 24 nəfər fizika, 9 nəfər kimya, 23 nəfər riyaziyyat, 23 nəfər tarix, 22 nəfər informatika fənni üzrə respublika fənn olimpiadalarının yarımfinal turunda müvəffəqiyyət əldə edib.

Olimpiadaların keçirilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərini nəzərdə tutur.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Xəbər lenti