Logo

45 iddiaçıya diplom və attestatlar təqdim edilib

07.03.2024 17:42 259 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Ali Attestasiya Komissiyasından "Tehsil.biz"ə bildirilib ki, 12 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 45 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə təqdim edilib.

Fizika, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, filologiya elmləri, pedaqogika, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 24 iddiaçıya fəlsəfə doktoru diplomları, tibb elmləri və filologiya elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya Türkiyənin Süleyman Demirel Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Filologiya elmləri sahəsində "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə 2, "Dünya ədəbiyyatı" (ingilis ədəbiyyatı) və "Türk xalqları ədəbiyyatı" ixtisaslarının hər biri üzrə 1, pedaqogika elm sahəsində "Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (informatikanın tədrisi metodikası) ixtisası üzrə 2, "Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası" ixtisası üzrə 1, texnika elmləri sahəsində "Gəmiqayırma və gəmi təmiri texnologiyası", "Elektrotexniki sistemlər və komplekslər", "İnformasiya-ölçmə və idarəetmə sistemləri (ölçmə texnologiyaları üzrə)", "Qida məhsullarının texnologiyası", kimya elm sahəsində "Kompozit materialların kimyası və texnologiyası", biologiya elmləri sahəsində "Genetika", tarix elm sahəsində "Vətən tarixi", fəlsəfə elm sahəsində "Sosial fəlsəfə" ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent, filologiya elmləri sahəsində "Dil nəzəriyyəsi" ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.

Xəbər lenti