Logo

Ötən il 3145 əmtəə nişanı qeydiyyata alınıb

07.03.2024 21:35 290 baxış
IMG

2023-cü ildə müvafiq Dövlət reyestrində 3145 ədəd əmtəə nişanı qeydiyyata alınıb, onlardan 2541 ədədi milli, 604 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Bu barədə "Tehsil.biz"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2022-ci ildə müvafiq Dövlət reyestrində qeydiyyata alınmış 2927 əmtəə nişanından 2208-i milli, 719-u isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. 2022-ci illə müqayisədə əmtəə nişanlarının qeydiyyata alınmasında 218 ədəd, milli fiziki və hüquqi şəxslərdə 333 ədəd artım olub.

Xəbər lenti