Logo

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

08.03.2024 00:01 326 baxış
IMG

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Tehsil.biz xatırladır ki, qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb.

1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur.

Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Bundan başqa, bir qrup qadın Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur.

Xəbər lenti