Logo

Allahşükür Paşazadə: "Azərbaycan dünyaya islam həmrəyliyini təbliğ edir"

08.03.2024 11:00 174 baxış
IMG

"Azərbaycanın islamofobiya ilə bağlı mübarizədə mühüm addımlar atması ölkənin nüfuzunu bütün dünyada artırır".

Tehsil.biz xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

QMİ sədrinin sözlərinə görə, dinlərarası harmoniya mühitində multikultural yaşayışımız bütün dünyada model kimi təqdim edilir:

"Azərbaycan dünyaya islam həmrəyliyini təbliğ edir və bu sahədə əməli addımlar atır. Bütün bunlar islam əməkdaşlığına mühüm töhfələr verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə ibadət yerlərinin bərpası, yenidən qurulması multikultural əməllərin bariz nümunəsidir".

Kənan Nağıbəyli

Xəbər lenti