Logo

"Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar"

08.03.2024 11:19 137 baxış
IMG

"İslamobiyaya qarşı dövlətlər səviyyəsində mübarizələr aparılsa da, ksenofobiyanın qarşısını almaq mümkün olmayıb".

Tehsil.biz xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Tolerantlığı təşviq etmək üçün qlobal dialoqa çağırış, Sülh və İnsan Hüquqlarına və Dini Müxtəlifliyə Hörmət” adlı plenar iclasında çıxışı zamanı deyib.

A.Paşazadə dini dəyərləri öz məqsədləri üçün təhrif edənlərə qarşı da mübarizəni artırdıqlarını bildirib:

"Bu gün İsveç, Danimarka, Fransa və bir sıra Qərb ölkələrində islamofobiyanın dərin təzahürləri müşahidə olunur. Müsəlmanlar bu kimi ölkələrdə diskriminasiyaya məruz qalırlar. Bütün bunlar Avropanın reallığıdır. İslam dünyasının ayrılmaz parçası, Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycan milli, dini və irqi zəmində ayrıseçkilik hallarını daim pisləyib", - şeyxülislam əlavə edib.

Kənan Nağıbəyli

Xəbər lenti