Logo

Liverpul Universitetinin müəllimi: "İslamofobiya qlobal fenomendir"

09.03.2024 15:22 145 baxış
IMG

"İslamofobiya qlobal fenomendir".

Tehsil.biz xəbər verir ki, bunu Liverpul Universitetinin İnsan coğrafiyası, sosial və məkan bərabərsizlikləri üzrə müəllimi Kövtər Nəcib Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən "Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması" mövzusunda aralıq sessiyada deyib.

Onun sözlərinə görə, müsəlmanlar buna görə çox sıxışdırılır:

"Biz Fransada davamlı şəkildə islamofobiyaya çağırışlar eşidirik".

Kövtər Nəcib hicab geyinən tələbələrin məktəblərdən kənarda belə qısnamalara məruz qaldığını bildirib.

"Bütün bunların hamısı kifayət qədər böyük siqnaldır", - K.Nəcib vurğulayıb.

Kənan Nağıbəyli

Xəbər lenti