Logo

DQİDK nümayəndələri hərbi qulluqçularla görüşüblər - FOTO

09.03.2024 16:00 218 baxış
IMG

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan bu il üçün birgə tədbirlər planına əsasən komitənin nümayəndələri hərbi qulluqçularla görüşüb, onlarla maarifləndirici söhbətlər aparıblar.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında İslam dininin rolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirlərdən, o cümlədən ölkəmizdə keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti və orada səsləndirilən fikirlərdən danışılıb, bu sahədə aparılan maarifləndirmə tədbirlərinin vacibliyi diqqətə çatdırılıb.

Görüşdə hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti