Azərbaycan Dillər Universitetində Təhsil 1 və Təhsil 2 fakültəsinin pedaqoji təcrübəyə göndərilən tələbələri ilə görüş keçirilib.
ADU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Təhsil 1 fakültəsinin dekanı prof. F. Cahangirov, Təhsil 2 fakültəsinin dekanı dos. S. Nuriyev, Pedaqogika kafedrasının müdiri dos. N. Zeynalova, Əlavə Təhsil, Təcrübə və Karyera şöbəsinin müdiri N. Aşurov iştirak ediblər.
Görüşdə pedaqoji təcrübə ilə bağlı yeni qaydalar, qiymətləndirmə meyarları, təcrübənin keçirilməsi, təşkili ilə bağlı geniş məlumat verilib, müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Sonda tələbələrə pedaqoji təcrübədə uğurlar arzulanıb.