Logo

İqtisad Universitetində REFRESH layihəsinin xarici tərəfdaşları ilə müzakirə aparılıb

11.03.2024 14:35 201 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qalib olduğu “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: bərpaolunan enerji və iqlim dəyişikliklərinin azaldılması – REFRESH” layihəsi çərçivəsində Barselona Universiteti, Royal Texniki İnstitutu, Bolonya Universiteti və Danimarka Texniki Universitetinin nümayəndələrini bir araya gətirən beynəlxalq tərəfdaşlarla onlayn görüş keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, görüşdə layihə çərçivəsində təbliğat işlərinin aparılması, may ayında keçirilməsi planlaşdırılan yerli konfransa məruzəçi qismində xarici tərəfdaşların dəvət olunması məsələləri müzakirə edilib. Bundan əlavə, iştirakçılar gələcək təbliğat tədbirləri və onların növbəti illərdə layihə çərçivəsində effektivliyinin artırılması məsələlərinə də toxunublar.

Xəbər lenti