Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbi və Hindistanın Təhsil və Tədqiqat Akademiyasının (FIA) birgə təşkilatçılığı ilə aprelin 18-20-də “Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfransın elmi məqalələri “Springer” nəşriyyatında çap ediləcək və “Scopus” beynəlxalq elmmetrik bazasında indeksləşəcək.
Məqalələr martın 27-dək qəbul ediləcək.