Logo

"Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı məsələ nəzarətdədir"

12.03.2024 11:27 343 baxış
IMG

Məktəblərdə təxribat törədiləcəyi ilə bağlı yayılan məsələ aidiyyəti qurumların nəzarətindədir.

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır:

"Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq".

Xəbər lenti