Logo

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu elektron qaydada aparılır

12.03.2024 11:36 213 baxış
IMG

Cari ildən Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu www.bq.edu.az internet saytı vasitəsilə aparılır.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, hazırda sistemdə 240 valideyn (qanuni nümayəndə) üzrə elektron kabinet mövcuddur. Həmin valideynlər tərəfindən isə məktəbəqədər təhsil müəssisələrinə 380 növbə yaradılıb.

Valideynlər 3 məktəbəqədər təhsil müəssisəsinədək seçim etməklə növbəyə yazıla bilərlər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə, uşağın digər müəssisələrə olan növbələri silinəcək.

Sorğu qəbul edildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi 20 müəssisə üzrə 201 qrupda aparılır.

Xəbər lenti