Logo

Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün onlayn formatda konqres keçiriləcək

08.04.2021 11:26 674 baxış
IMG

"Fərqli Fərdlər" konqresinin təşkilatçıları adından Sizi salamlayırıq,

 

Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresi 17-18 aprel tarixlərində onlayn formatda keçiriləcək.

 

Builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Tədbir çərçivəsində əsas diqqət pandemiya ilə əlaqədar ekstremal iş şəraitində, o cümlədən hərbi əməliyyatlarda iştirak edən şəxslərin sosial-psixoloji adaptasiyası probleminə yönəldiləcək.

 

Konqres əsnasında ABŞ, Almaniya, Azərbaycan, Böyük Britaniya, Finlandiyadan, İsrail, İsveç və Rusiya mütəxəssislərin iştirakı ilə aşağıdakı istiqamətdə müzakirələr aparılacaq:

 

Bizim barədə bizsiz kəlməsiz – autizm haqqinda bütün məlumatlar ilk mənbədən
Diaqnoz - ilk addim
İnklüziv məktəb bu gün – miflər və realliq
Məktəbdən həyata - Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğu
Fərqli insanlar üçün fərqli mühit
Gözəgörünməz diaqnozlar - Bipolyar affektiv pozuntusu, kleptomaniya, uşaqlarda və yeniyetmələrdə Obsessiv Kompulsiv Pozuntu
Biz birlikdə güclüyük - Pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə kömək
Müharibə, pandemiya və fərqli insanlar
Konqresin tam proqramı ilə linkdən keçərək tanış ola bilərsiniz:
https://ferqliferdler.az/az-programme/

 

Qeydiyyat artıq açıqdır! Qeydiyyatdan keçməyə tələsin:
https://ferqliferdler.az/az-register/

 

Konqres haqqında ən son məlumatları almaq üçün Facebook səhifəmizi izləyin: https://www.facebook.com/ferqliferdlercongress

 

Ötən illər keçirilən Konqreslərdəki çıxışlar ilə linkdən keçərək tanış ola bilərsiniz: https://ferqliferdler.az/az-multimedia/39-2020.html

 

Baş tərəfdaş BP

Xəbər lenti