Logo

ICESCO “Ramazan ətirləri” və “İntellektual qığılcımlar” seriallarının beşinci buraxılışını təqdim edir

12.03.2024 14:30 112 baxış
IMG

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) artıq beşinci ildir ki, “Ramazan ətirləri” və “İntellektual qığılcımlar” adlı seriallar yayımlayır. Təşkilatın “Digital Home” inteqrasiya təşəbbüsünün bir hissəsi olan videomateriallar seriyası ICESCO-nun rəsmi sosial media hesablarında yayımlanacaq.

Tehsil.biz təşkilatın mətbuat açıqlamasına istinadən xəbər verir ki, hər iki serial bu gün təqdim ediləcək. Videomateriallarda İslam dünyasından və ondan kənarda olan bir çox tanınmış ziyalı, mədəniyyət və din xadimləri əsas müasir intellektual və dini məsələlər haqqında öz fikir və mövqelərini təqdim edəcəklər.

ICESCO bu təşəbbüs vasitəsilə ictimai şüurun artırılmasında və icmalar arasında sülhə, tolerantlığa və birgəyaşayış prinsiplərinə əsaslanan sağlam mədəni və dini dəyərlərin möhkəmləndirilməsində maarifçi düşüncənin əsas rolunu vurğulayan diqqətli və mənalı mesajlar yaymaq məqsədi daşıyır.

Təşkilatın hədəfi mədəni həyatı təşviq etmək, habelə düşüncə, mədəniyyət, bilik, ədəbiyyat və elm sahələrinin modernləşməsinə töhfə vermək üçün aktual məsələləri araşdırmaq və yeni ideyaları müzakirə etməkdir.

Eyni zamanda, ICESCO mənəvi və intellektual mübadiləni dəstəkləmək üçün sülh dəyərlərini təbliğ etməyə, bilikləri yaymağa və görkəmli şəxsiyyətlərlə ictimaiyyət arasında dini, mədəni və intellektual ünsiyyəti gücləndirməyə çalışır.

Xəbər lenti