Logo

Azərbaycan Texnologiya Universiteti əlaqələrini genişləndirir - FOTO

12.03.2024 15:36 764 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti əlaqələrini gücləndirmək məqsədilə bu dəfə "Şəki Şərab" və GİLTEX zavodları ilə əməkdaşlıq memorandumları imzalayıb.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, əməkdaşlıq memorandumlarını Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərovla "Şəki Şərab" zavodunun direktoru İqoşin Adam və GİLTEX MMC-nin icraçı direktoru Esmin Xəlilov imzalayıblar.

Hər iki müəssisənin rəhbəri ilə görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

Xəbər lenti