Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) COP29 ilə bağlı müzakirələr aparıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Böyük Britaniya səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunan məlumatda deyilir.
“Bu gün səfir Fergus Auld universitetin COP29 üzrə planlarını müzakirə etmək və universitetin yaşıl strategiyasını nəzərdən keçirmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub”, - məlumatda bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək.