Logo

Məktəbin İnkişaf Planının reallaşdırılması çərçivəsində dərsdinləmələr təşkil edilib

12.03.2024 16:38 308 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində 51 və 38 nömrəli tam orta məktəblərdə dərsdinləmələr təşkil edilib.

İnstitutdan "Tehsil.biz" bildirilib ki, əsasən ibtidai sinif, Azərbaycan dili, riyaziyyat və ingilis dili müəllimlərinin dərsləri dinlənilib. Dərs prosesi metodika və pedaqogika üzrə müəyyən edilmiş meyarlara əsasən dəyərləndirilib. Sonra müəllimlərə fərdi rəy verilib, dəyirmi masa ətrafında onlarla müzakirə aparılıb.

Müzakirə prosesində institutun əməkdaşları, məktəbin idarəetmə və pedaqoji heyəti iştirak ediblər. Müzakirələrdə müəllimlərə metodika və pedaqogika üzrə tövsiyələr verilib, eləcə də MİP-in reallaşdırılmasının icra mexanizmi bir daha müəllimlərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, MİP-in reallaşdırılması çərçivəsində dərsdinləmələr mütəmadi olaraq təşkil edilir.

Xəbər lenti