Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələr üçün onlayn test imtahanı təşkil olunub.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, test imtahanı Beynəlxalq əlaqələr şöbəsi və “SABAH” Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Türk dili və ədəbiyyatı kafedrasının Yeni türk dili bölməsinin professorları Əhməd Buranın və Fateh Özəkin “Çağdaş türk yazı dillərinin qarşılıqlı başa düşülməsi” layihəsi çərçivəsində keçirilib.
İmtahanda ADPU-nun 75 tələbəsi iştirak edib.