Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrası və "Buta" məktəbəqədər təhsil müəssisəsi arasında əldə olunmuş razılığa əsasən universitetin Məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan tələbələri Təcrübə Proqramına cəlb olunmuş, praktik bacarıqlar əldə etmələri məqsədilə fəaliyyət planı qurulub.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Qeyd olunub ki, Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə müntəzəm olaraq Təcrübə Proqramı həyata keçirilir və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.