Martın 12-də Bakı Slavyan Universitetində (BSU) “Rəqəmsal BSU” layihəsi çərçivəsində “SİNAM” şirkətinin universitet üçün hazırladıqları Elektron təhsil informasiya sistemi ilə bağlı növbəti görüş baş tutub.
BSU-dan "Tehsil.biz"ə verilən məlumata görə, təqdimatda şirkətin əməkdaşı Səbinə Əlizadə universitet əməkdaşlarını sistemin iş prinsipləri və istifadə qaydaları ilə tanış edib.
Portalda sistemin baza modulu, müəllim və tələbə kabineti və alt kabinetlərin formalaşdığını qeyd edərək universitet haqqında müvafiq məlumatların, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərin yerləşdiriləcəyini diqqətə çatdırıb.
Sonda universitet əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Rektor layihə çərçivəsində görüləcək işlərlə bağlı işçi heyətə müvafiq tapşırıqlar verib.