Logo

BDU-da molekulyar naqillərin sintezinə dair elmi seminar keçirilib

13.03.2024 12:11 199 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında molekulyar naqillərin sintezinə dair elmi seminar keçirilib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, seminarda Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi Rayyət İsmayılov “Modullaşdırılmış oliqo-α-aminopiridin liqandları əsasında keçid metalların çoxnüvəli strinq (xətvari) komplekslərinin və koordinasion polimerlərinin sintezi və tədqiqi" mövzusunda çıxış edib.

Məruzəçi deyib ki, “molekullar naqillər” anlayışı bir neçə onillik əvvəl fiziklər və kimyaçılar tərəfindən yaradılıb. Üzvi və qeyri-üzvi molekulların qarışıq valentli yığınları (stacks) qeyri-adi elektrik xassələrinə malikdir. Bu sahədə görülən işlərin ümumi məqsədi sintetik metalların hazırlanması idi. Sonrakı onilliklər ərzində zəncirin onurğası boyunca qarşılıqlı təsir göstərən metal ionlarından ibarət materialların sintezi və xassələrinə dair xeyli ədəbiyyat nəşr olunub. Bu materiallar qeyri-üzvi molekullara əsaslanan ilk sintetik dizayn olunmuş məftilləri təmsil edirlər.

Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbər lenti