“Səhiyyə orqanlarının, eləcə də bizim rəyimizə görə, rayonlarda hələ ki, yoluxma sayı aşağıdır”.
Tehsil.biz xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev AzTV telekanalında çıxışı zamanı deyib.
O bildirib ki, ayrı-ayrı məktəblərdə yoluxma halları olduğu halda biz o məktəbləri distant təhsilə keçiririk.
“Belə məktəblər hər gün olur. Ümumilikdə istəyimiz budur ki, şagirdlərin mümkün qədər optimal formada öyrənməsini təmin edə bilək”, - deyə təhsil naziri qeyd edib.