Martın 13-də Şirvan şəhər 7 nömrəli uşaq bağçasının açılış mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Çıxışlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.