Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə şənlik təşkil edilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Pakistan, Filippin, Fələstin, Rusiya, Nigeriya, Şri-Lanka və başqa ölkələrin vətəndaşları olan tələbələrə qədim köklərə malik bayramın tarixi, adət-ənənələri, atributları, həmçinin Novruz süfrəsinin əsas komponentləri haqqında məlumat verilib.
Azərbaycanın milli adət-ənənələri və bayramlarının tanıdılması məqsədilə təşkil olunan tədbirdə tələbələrə Novruz şirniyyatları təqdim edilib.
Universitetin Beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə reallaşan tədbir müxtəlif əyləncəli oyunların gerçəkləşdirilməsi ilə yekunlaşıb.