Logo

Gəncə Dövlət Filarmoniyası yeni orkestrini təqdim edəcək

14.03.2024 18:28 291 baxış
IMG

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası tezliklə yeni orkestrini təqdim edəcək.

Filarmoniyadan "Tehsil.biz"ə verilən məlumata görə, orkestrin fəaliyyəti Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox mühüm rol oynayacaq.

Kollektivin adı Gəncədə ilk dəfə baş tutacaq konsertdə açıqlanacaq. Yeni yaradılacaq orkestrin Azərbaycanı qarış-qarış gəzərək xüsusi hazırlanmış proqramlarını təqdim etməsi nəzərdə tutulur.

Xəbər lenti