Logo

“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqimatı olub - FOTO

14.03.2024 21:41 273 baxış
IMG

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, ali məktəb rektorları, AMEA-nın şöbə və kafedra müdirləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edənlər - YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Ulu öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları kitabda Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm

tarixi fakt yer alır. Kitabda Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub.

“Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İlk təqdimat mərasimi ötən ilin dekabrında olub. Hazırda kitabın elektron versiyası və saytı üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu dillərdə də çapı nəzərdə tutulur.

Xəbər lenti