Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “İKTex” MMC-də olub.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memoranduma əsasən, IT sahəsində birgə tədqiqatların aparılması, tələbələrin məşğulluğunun təmin edilməsi məqsədilə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur.