Logo

Müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi məsul şəxslərə onlayn təlim keçirilib

14.03.2024 23:17 298 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin baş məsləhətçisi Akif Bayramov tərəfindən “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzusunda təqdimat edilib, habelə “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı təlim keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimdə 23 dövlət orqanının müəyyən etdiyi 72 əməkdaş iştirak edib.

Təlim iştirakçılarına ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti