Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə “Tətbiq davranış analizi”- adlı seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Spiker öncə autizm spektr pozuntusu haqqında geniş məlumat verib, onun korreksiyası zamanı dünya miqyasında səmərəliliyi sübuta yetirilmiş ABA - Tətbiqi davranış analizi üsulu barəsində dinləyicilərin suallarını cavablandırıb.
Tətbiqi davranış analizi üsulunun hər bir modulu üzrə qısa şəkildə izahat verən spiker Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında həmin metodun ayrıca fənn kimi Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələrə tədris olunmasını təqdirəlayiq addım kimi dəyərləndirib.