Türkiyənin Ankara Universiteti tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün təlim proqramlarına başlanılıb.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
BDU və Ankara Universiteti arasında imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində həyata keçirilən təlimlərdə iştirak etmək üçün BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Hüceyrə kulturası və genom redaktəsi elmi-tədqiqat laboratoriyasının müdiri Qumru Hüseynova və elmi işçisi Elvira Təhməzli Ankara Universitetinə ezam olunublar. Onlar Ankara Universitetinin Tibb fakültəsinin Eksperimental heyvanlar və tədqiqat laboratoriyasında və Kənd təsərrüfatı fakültəsinin Kənd təsərrüfatı maşınları və texnologiyaları mühəndisliyi kafedrasında keçirilən təlimlərdə iştirak edəcəklər.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşlar üçün təlimlər davamlı olaraq təşkil ediləcək.