Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri 20 qurumda istehsalat təcrübəsi keçirlər.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, Biofizika İnstitutunda keçirilən istehsalat təcrübəsində Biologiya ixtisası üzrə təhsil alan tələbələr rekombinant bakteriya kulturalarının əkilməsi, bakteriya klonlarının əldə olunması, membranlarının dağıdılması və bakteriyaların plasmidlərinin izolyasiyası metodlarını tədqiq edirlər. Təcrübə müddətində tələbələrə İnstitutda bioinformatika sahəsində geniş istifadə olunan təməl kompüter proqramları da öyrədilir.
Biotexnologiya ixtisası üzrə təhsil alan tələbələr isə istehsalat təcrübələrini “Azərmaya” ASC-də keçirlər. Təcrübə zamanı mayanın satış hissəsinin pH-ı, duzluluğu və qalxma reaksiyası ilə bağlı yoxlanış keçirilib. Bu ixtisas üzrə təhsil alan bir qrup tələbə isə “AZZA” QSC, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsindədirlər.