Logo

Qaxda məktəblilər narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar - FOTO

15.03.2024 15:17 88 baxış
IMG

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 saylı orta məktəbdə “Narkomaniyasız sağlam həyat” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyət üçün təhlükə mənbəyi olması barədə danışıb.

O, bu sosial bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, həyatı iflic edən narkomanlığa qarşı münasibətdə hər kəs barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıdır.

Xəbər lenti