"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev deyib.
Onun sözlərinə görə, ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər tələb edilir.
"On minlərlə gənc peşə təhsilindən kənarda qalmaqla yanaşı, həm də iqtisadiyyatımız işçi qüvvəsi potensialını itirir. Bu vəziyyət köklü surətdə dəyişdirilməlidir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq və müvafiq qərarlar qəbul ediləcək", - komitə sədri qeyd edib.