Logo

Masallıda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

15.03.2024 20:58 169 baxış
IMG

Masallıda itkin düşən məktəbli tapılaraq yaxınlarına təhvil verilib.

"Tehsil.biz"in məlumatına görə, polis əməkdaşlarının keçirdiyi axtarış tədbirləri nəticəsində məktəblinin olduğu yer müəyyən edilib.

Məktəbli tapılaraq yaxın qohumlarına təhvil verilib.

09:33

Masallı rayonunda yeniyetmə qız itkin düşüb.

Tehsil.biz xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 1981-ci il təvəllüdlü A.H. Masallı RPŞ-yə müraciət edərək martın 13-ü axşam saatlarında 15 yaşlı qızının itkin düşməsini bildirib.

O qeyd edib ki, birlikdə yaşadığı qızı, orta məktəbin IX sinif şagirdi S.H. saat 18 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Müraciətlə bağlı araşdırma aparılır.

Xəbər lenti