Logo

MDU-nun tələbələri təcrübələrini uğurla davam etdirirlər - FOTO

15.03.2024 21:24 135 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri tədris planına uyğun olaraq Mingəçevir şəhərinin müxtəlif ümumtəhsil məktəblərində, körpələr evi-uşaq bağçalarında pedaqjo təcrübə keçirlər.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, şəhərin 1 saylı “Lalə” körpələr evi-uşaq bağçasında təcrübə keçən MDU-nun MT20.1 qrupunun 22 tələbəsi təcrübə rəhbəri Zülfiyyə Tanrıverdiyevanın müşayətində yeni təlim metodlarından istifadə etməklə tərbiyəçi-müəllimlər ilə birlikdə maraqlı tədbirlər həyata keçirir, qrup məşğələlərində fəal iştirak edirlər.

Müşahidələrə əsasən bildirək ki, bir neçə həftə öncə başlayan təcrübə müddətində qrupun nümayəndələri ali təhsil ocağında əldə etdiyi bilikləri yüksək səviyyədə nümayiş etdirməyi bacarıblar. 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ərəfəsində tələbələrimiz qrup məşgələləri ilə bərabər bağçanın bayram tədbirlərinin hazırlıqlarında köməklik göstəriblər. Gələcəyin müəllimələri olan gənc təcrübəçilərimiz müxtəlif nağılların motivləri əsasında şənliklərin hazırlanmasında, fidan balalara bayram təbriklərinin, şeirlərin öyrədilməsində, nağıl qəhrəmanlarının obrazlarının, rəqs nümunələrinin səhnələşdirilməsində tərbiyəçi-müəllimələrlə bərabər çalışıblar.

1 saylı bağçanın müdiri Elnurə Çələbiyeva və metodisti Aybəniz Şahbazova təcrübə keçən MDU tələbələrinin aktivliyini, bilik və bacarıqlarını, o cümlədən balacalarla davranışını müsbət qiymətləndirərək onların təcrübə rəhbərinə, eləcə də MDU-nun müəllim heyətinə minnətdarlığını bildiriblər.

Xəbər lenti