Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) birinci “Yüksəliş” müsabiqəsinin qalibi, ADNSU-nun məzunu Fəxri Hüseynovla tələbələrin görüşü keçirilib.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə tələbələrlə öz uğur hekayəsini bölüşən Fəxri Hüseynov vaxtın düzgün idarə edilməsi, səlis nitqin formalaşdırılması, həmçinin yumşaq bacarıqların inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, gənclərə karyerada inkişafla bağlı tövsiyələrini verib, “Yüksəliş” müsabiqəsi və mentorluq proqramı ilə bağlı təcrübəsini bölüşüb.
İnteraktiv formatda keçirilən görüşdə müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, ADNSU-da “Yüksəliş” müsabiqəsinin qalibləri ilə tələbələrin görüşləri davam edəcək.