Logo

"Yüksəliş" müsabiqəsinin qalibi BDU-nun tələbələri ilə görüşüb - FOTO

16.03.2024 20:30 150 baxış
IMG

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatının təşəbbüsü ilə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulovanın BDU-nun tələbələri ilə görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə "Rəqabətdə fərq yaratmaq" mövzusu müzakirə edilib. Mehriban Rəsulova tələbələrə karyera boyu iş mühitində fərqlənmək üçün tövsiyələr verib. Onlara bilik və bacarıqlarının artırılması yönündə diqqət etməli olduqları məqamları izah edib.

Sonda tələbələrin müzakirə ətrafında sualları cavablandırılıb.

Xəbər lenti