Logo

Məktəblər arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

17.03.2024 11:21 197 baxış
IMG

Martın 16-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib.

Bu barədə "Tehsil.biz"ə Regional Təhsil İdarəsindən məlumat verilib.

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının məktəblərində təhsil alan, ümumilikdə 200 nəfər X sinif şagirdi iştirak edib.

Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.

Xəbər lenti