Logo

İlon Maskın şirkəti ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır

17.03.2024 14:21 257 baxış
IMG

İlon Maska məxsus “SpaceX” şirkəti ABŞ kəşfiyyatı ilə gizli müqavilə çərçivəsində yüzlərlə casus peykdən ibarət şəbəkə qurur.

"Tehsil.biz"in TASS-a istinadən məlumatına görə, şirkətin 2021-ci ildə ABŞ Milli Hərbi Kosmik Kəşfiyyat İdarəsi ilə imzaladığı 1,8 milyard dollarlıq müqaviləyə əsasən, şəbəkənin yaradılmasına cavabdehdir.

Şəbəkə ABŞ Müdafiə Nazirliyinin quru qüvvələrini dəstəkləmək üçün nəzərdə tutulub.

Əgər layihə uğurlu olarsa, “SpaceX” şəbəkəsi Yer kürəsinin demək olar ki, hər yerində potensial hədəfləri tez aşkar etmək üçün ABŞ Silahlı Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Xəbər lenti