Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Gənc İntellektlər Klubunun təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar kuboku” intellektual yarışı keçirilib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, “Nə? Harada? Nə Zaman?” formatında keçirilən yarışda universitetin 60 tələbəsi 10 komandanın tərkibində mübarizə aparıb.
Yekun nəticələrə əsasən “Cesi dostlari” komandası kubokun qalibi, “Master class” komandası II, “Paskal” komandası isə III yerin sahibi olub.